Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının Sidney şəhərinə İsrail Prezidenti İshak Hersoqun səfəri ölkə üzrə genişmiqyaslı etirazlara səbəb olub.
“ABC News” -un məlumatına görə, Hersoq 14 dekabr 2025-ci ildə Sidneyin Bondi çimərliyində baş verən və 15 nəfərin həyatını itirdiyi hücumun qurbanlarını anmaq məqsədilə şəhərə rəsmi səfər edib.
Lakin İsrail prezidentinin bu səfəri Avstraliyanın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları ilə qarşılanıb.
Paytaxt Kanberrada, təxminən 500 nəfər Garema Meydanında toplaşaraq Hersoqun səfərinə etiraz edib. Etirazçılar arasında Avstraliyanın ilk hicablı senatoru Fatimə Peyman da olub. Aksiya iştirakçıları şüarlar səsləndirərək etirazlarını ifadə ediblər.
Sidney şəhərində də minlərlə insan bələdiyyə binasının qarşısına toplaşıb. Əllərində bayraqlar və pankartlar tutan etirazçılar, davul səsləri altında İsrail prezidentinin səfərinə qarşı şüarlar səsləndiriblər.
Aksiyalar zamanı polisin geniş təhlükəsizlik tədbirləri və yüksək hazırlıq vəziyyəti diqqət çəkib.
Melburn şəhərində də minlərlə nümayişçi küçələrə çıxıb. Filistin bayraqları ilə yürüş edən etirazçılar “Soyqırımı heç vaxt müdafiə etmə” yazılı pankartlar qaldırıblar.
Mövsüm,
AzNews.az