Şeyx Əbdül müalicə aldığı xəstəxanadan evə buraxılıb

9 Fevral 2026 18:55 (UTC+04:00)

Xalq artisti, aktyor və kinorejissor Şeyx Əbdül müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.

Onun sözlərinə görə, 15 gün ev şəraitində müalicə alacaq, daha sonra isə yenidən 1 həftəlik xəstəxanaya yerləşdiriləcək.

Qeyd edək ki, o, bir neçə gün əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Aznews.az