"2+1" Eksperimental Teatr Festivalı keçiriləcək

17 Sentyabr 2013 08:57 (UTC+04:00)
Teatr Xadimləri İttifaqı "2+1" Eksperimental Teatr Festivalı keçirəcək.

Oktyabrın 15-20 arasında baş tutacaq festivalda respublikada fəaliyyət göstərən teatrların əksəriyyəti qatılacaq.

Teatrlar İttifaqından verilən məlumata görə, əvvəlcə festival təqdim olunmuş tamaşalara yerlərdə baxış keçiriləcək. Baxışdan sonra həmin tamaşalar festivala buraxılacaq. Festivalı keçirməkdə məqsəd gənclərə geniş imkanlar yaratmaq, teatr sahəsində eksperimentlərə meydan açmaqdır.

Bahar Rüstəmli
AzNews.az