Fəzail Ağamalı dünyasını dəyişdi

9 Fevral 2026 19:58 (UTC+04:00)

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.
Aznews.az Manset.az-a istinadən xəbər verir ki, o Türkiyədə vəfat edib.
Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı təsdiq edib.

Qeyd edək ki, Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanın sədri olmaq uğrunda övladları arasında münaqişə baş vermişdi.

Aznews.az