ABŞ Ermənistana 9 milyard dollar sərmayə yatırır

9 Fevral 2026 20:14 (UTC+04:00)

ABŞ texnologiyası Ermənistana gələcək.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistana ilkin mərhələdə 5 milyard dollarlıq ilkin investisiya, ikinci mərhələdə isə daha 4 milyard dollar investisiya yatırılacaq.

“Biz həmçinin Ermənistana 11 milyon dollar dəyərində pilotsuz kəşfiyyat texnologiyalarının satışını təsdiq etdik”, - Vens qeyd edib.

Aznews.az