Fəzail Ağamalı ilə vida mərasimi keçirilib - FOTO - VİDEO

10 Fevral 2026 12:31 (UTC+04:00)

Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı ilə Heydər məscidində vida mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Qeyd edək ki, sabiq deputat Ramana qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Fəzail Ağamalı dünən axşam Ankarada uzun sürən xəstəlikdən sonra vəfat edib.

Aznews.az