Restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanıldı

10 Fevral 2026 12:56 (UTC+04:00)

Qaradağ rayonunda restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Aznews.az