Ötən ilin ilk 11 ayında Azərbaycan 140,67 min ABŞ dolları dəyərində 122,45 ton çiyələk və bağ çiyələyi (təzə) idxal edib.
AzNews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 121,64 min ABŞ dolları dəyərində 117 ton (1 il əvvəl tədarük olmayıb), Misirdən 10,21 min ABŞ dolları dəyərində 2 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 6,52 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 85 % az) 2,61 ton (-85 %), İrandan 1,97 min ABŞ dolları dəyərində (-1,5 %) 0,79 ton (+7 %) və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 0,33 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq ABŞ-dən tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 24,5 ton çiyələyin 94,7 %-i Türkiyənin payına düşüb.
AzNews.az