"Ayaz Mütəllibov seçki kampaniyasında iştirak etməyəcək"

17 Sentyabr 2013 09:40 (UTC+04:00)
"Ayaz Mütəllibov bizim seçki kampaniyamızda iştirak etməyəcək".

Bu sözləri açıqlamasında ASDP-nin sədri, prezidentliyə namizəd Araz Əlizadə eks-prezidentin partiyanın seçki təbliğatında iştirak imkanları barədə sualını cavablandırarkən deyib.

A. Əlizadə bildirib ki, partiyanın keçirəcəyi seçki –təbliğat tədbirlərində, təşviqat vasitələrində A. Mütəllibovun adı olmayacaq.

"Ayaz Mütəllibov siyasətdən gedib. Ona görə də o bizim seçki kampaniyamızda iştirak etməyəcək"-deyə A. Əlizadə vurğulayıb.

Bununla yanaşı o bildirib ki, , təbliğat aparmaq üçün müəyyən resurslardan istifadə edəcəklər. Amma heç bir halda eks-prezidentin adından istifadə edilməyəcək.

Xatırladaq ki, Ayaz Mütəllibov 2011-cu ilə qədər ASDP-nin həmsədri postunu tutub. "Eks-prezidentlər" haqqında qanun qüvvəyə mindikdən sonra sədrlikdən istefa verərək partiya sıralarını tərk edib. Keçmiş prezident 2012-ci ildən siyasətdən getdiyini bəyan edib. (modern.az_

AzNews.az