İran Sərhəd Polisinin komandanı Azərbaycanda

17 Sentyabr 2013 09:43 (UTC+04:00)
İran Sərhəd Polisinin komandanı, general Hüseyn Zülfüqarinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

APA-nın məlumatına görə, səfər çərçivəsində bu gün İran heyətinin bir sıra görüşləri planlaşdırılır.

İran nümayəndə heyəti ilə artıq Dövlət Sərhəd Xidmətində görüş olub. Görüşdə İran –Azərbaycan dövlət sərhədindəki vəziyyət və ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

AzNews.az