Kanada da məktəbə silahlı hücum baş verib: Ölənlər var

11 Fevral 2026 10:10 (UTC+04:00)

Kanadanın Britaniya Kolumbiyasında gərgin anlara şahid olub.

CBC-nin Kanada Kral Atlı Polisinin (RCMP) açıqlamasına istinadən verdiyi məlumata görə, əyalətin Tambler Ridge bölgəsindəki məktəbdə atışma baş verib.

Məktəbə hücum nəticəsində altı nəfər həlak olub, daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

RCMP bölmələri hücumla əlaqəli olduğuna inandıqları yaxınlıqdakı bir evdə daha iki nəfərin meyiti tapıldığını bildirib.

.Hadisə zamanı hücum edən olduğu güman edilən bir nəfərin də ölü tapıldığı vurğulanıb.

Britaniya Kolumbiyasının Baş naziri Devid Ebi hadisəni " faciə" adlandıraraq bildirib ki , " Qəlblərimiz bu gecə Tumbler Ridcdə yaxınlarını itirən ailələrlədir".

Mövsüm,

AzNews.az