Çin XİN ABŞ-ı nüvə nizamının əsas xaos mənbəyi adlandırıb

11 Fevral 2026 15:30 (UTC+04:00)

ABŞ beynəlxalq nüvə nizamı və qlobal strateji sabitlik üçün ən böyük xaos mənbəyidir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian keçirilən brifinqdə bu barədə bildirib.

"Vurğulamaq istəyirəm ki, ABŞ beynəlxalq nüvə nizamı və qlobal strateji sabitlik üçün ən böyük xaos mənbəyidir", - deyə qeyd edib.

Diplomat əlavə edib ki, silahlara nəzarət sahəsində ABŞ Strateji Silahların Azaldılması Müqaviləsinin (START) müddətinin bitməsinə icazə verib ki, bu da böyük ölkələr arasında qarşılıqlı etimadı ciddi şəkildə sarsıdıb və qlobal strateji sabitliyə zərbə vurub.

Mövsüm,

AzNews.az