Pezeşkian Azərbaycana təşəkkür etdi

11 Fevral 2026 15:35 (UTC+04:00)

İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehranın Azadi Meydanında keçirilən şənliklərdə xalqa müraciət edib.

Pezeşkian çıxışında inqilabın ilk günündən bəri İrana müxtəlif cəhdlərin edildiyini iddia edərək, ABŞ və Avropa ölkələrinin inqilabı zəiflətməyə çalışdıqlarını, lakin uğursuz olduqlarını iddia edib.

Ölkədəki son etirazlara toxunan Pezeşkyan 8 və 9 yanvar hadisələrinin cəmiyyətdə dərin kədərə səbəb olduğunu bildirib.

Prezidentliyi dövründə yaşanan pozuntular və çatışmazlıqlara görə ictimaiyyətdən üzr istəyən Pezeşkyan hökumətin vətəndaşların tələblərini dinləməyə hazır olduğunu bildirib. Pezeşkyan deyib : "Biz xalqın problemlərini qətiyyətlə həll etmək üçün bütün gücümüzlə çalışırıq".

ABŞ ilə danışıqlara toxunan Pezeşkian bunları deyib:

İrana qarşı həssaslıqlarına və məsələləri diplomatik yolla həll etmək səylərinə görə, İsrail və ABŞ-ın onların məkrli planlarını həyata keçirməsinin qarşısını almaq səylərinə görə Azərbaycan Respublikasına, Türkiyəyə, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə, Pakistana, Səudiyyə Ərəbistanına və Misirə təşəkkür edirik.

Pezeşkian ölkəsinin nüvə silahı istehsalını davam etdirmədiyini və bunu təsdiqləmək üçün hər şeyə hazır olduqlarını bildirib və əlavə edib : "ABŞ və Avropanın verdiyi açıqlamalar etimadsızlıq divarı yaradır. Buna görə də danışıqlar nəticəyə çatmır".

Mövsüm,

AzNews.az