Zelenski: Rusiya ordusunun dayanmaq niyyəti yoxdur

11 Fevral 2026 15:40 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında Rusiya ordusunun Ukraynaya qarşı hava hücumlarını davam etdirdiyini bildirib.

Zelenski Rusiyanın gecə ərzində 129 pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini və Xarkov bölgəsində 4 nəfərin həyatını itirdiyini xatırladıb.

Zelenski Rusiya ordusunun Sumi bölgəsinə hücumlarında bir nəfərin öldüyünü, altı nəfərin yaralandığını bildirib və mülki yaşayış məntəqələrinin hədəf alındığını da əlavə edib.

Zelenski həmçinin Zaporojye şəhərindəki xəstəxanaya hücum edildiyini qeyd edib.

Zelenski Rusiyanın hücumlarının müharibəni dayandırmaq üçün davam edən danışıqları pozduğunu iddia edərək, "Rusiya ordusu dayanmağa deyil, döyüşü davam etdirməyə hazırlaşır", - deyə vurğulayıb.

Mövsüm,

AzNews.az