Elçibəyin qardaşı Cəmil Həsənliyə səs verməyəcək?

17 Sentyabr 2013 10:29 (UTC+04:00)
İki gündür ki, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyalarına başlanılıb.

Artıq seçiçilərin əksəriyyəti hansı namizədə səs verəcəyini götür-qoy edir. Hətta bəzi seçiçilər prezident görmək istədiyi namizədi də indidən müəyyənləşdirib.

Həmişə müxalif cəbhədə olan şəxslərin isə namizəd seçimi ictimaiyyətdə maraqla qarşılanıb.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev də seçki öncəsi hansı namizədi dəstəkləyəcəyi ilə bağlı açıqlama verib. O bildirib ki, seçkilərdə hansı namizədi dəstəkləyəcəyi ilə bağlı hələ ki, qərar verməyib.

"Seçkilərdə seçiçi kimi iştirak edəcəyəm. Amma hələ ki, hansı namizədi dəstəkləyəcəyim bəlli deyil. Hamısı xoşuma gəlir. Allah qoysa, mənim kimi dəstəkləməyim gələcəkdə bəlli olacaq".

Prezidentliyə namizədlərin hamısını tanıdığını deyən eks-prezidentin qardaşı qeyd edib ki, namizədlərin təbliğat kampaniyası bitəndən sonra hansı namizədə dəstək verəcəyini seçəcək. "Namizədlərin hamısı ilə çörək kəsmişik. Təşviqat aparsınlar baxaq görək kim güclüdür, kim gücsüzdür. Ondan sonra qərar verəcəyəm".(modern.az)

AzNews.az