Qazaxıstanın yeni Konstitusiyasının yekun mətni dərc olunub

12 Fevral 2026 09:55 (UTC+04:00)

Qazaxıstanın yeni Konstitusiyasının yekun mətni vətəndaşların tanış olması üçün “Egemen Qazaqstan” qəzetində dərc edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin daha əvvəl imzaladığı fərmana əsasən, Konstitusiya layihəsi üzrə referendum martın 15-də keçiriləcək. Səsvermə bülletenində bir sual yer alacaq: “2026-cı il fevralın 12-də KİV-də dərc olunmuş Qazaxıstan Respublikası Konstitusiyasının yeni layihəsini qəbul edirsinizmi?”

Yeni əsas qanun qəbul ediləcəyi təqdirdə, 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Mövsüm,

AzNews.az