Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında verdiyi açıqlamada seçki cədvəlinin 24 fevralda, Rusiyanın işğal cəhdinin ildönümündə açıqlanacağı ilə bağlı iddiaları təkzib edib.
Zelenski tarixin simvolik əhəmiyyətini vurğulayaraq bildirib ki , "Seçkiləri irəli aparmaq üçün bir niyyət və ya addım olsa belə, belə bir gündən siyasi hesablamalar üçün istifadə etmək məntiqli olmazdı. 24 fevral heç bir seçki elanı üçün istifadə edilə bilməz".
Zelenski seçki məsələsinin bəzi beynəlxalq tərəfdaşlar tərəfindən qaldırıldığını bildirib və Ukraynanın bu mövzunu özü başlatmadığını vurğulayıb.
Zelenski Ukraynanın demokratik proseslərə hazır olduğunu bildirib və seçkilərin qarşısında əsas maneənin təhlükəsizliklə bağlı narahatlıqlar olduğunu əlavə edib.
“Atəşkəs təmin edin, sonra seçkilər keçirilsin. Bu, təhlükəsizlik məsələsidir”, - deyən Zelenski əlavə edib ki, seçki prosesi bütün zəruri təhlükəsizlik zəmanətləri təmin edildikdən sonra başlaya bilər.
Mövsüm,
AzNews.az