Uraldakı Azərbaycan diasporunun rəhbəri qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib

12 Fevral 2026 10:11 (UTC+04:00)

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.

Aznews.az xəbər verir ki, bu barədə yerli KİV yazıb.

Andlılar Məhkəməsinin kollegiyası Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib.

İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir.

Qeyd edək ki, andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Tezliklə hökmün elan ediləcəyi bildirilib.