Mülayim hava şəraiti davam edəcək

17 Sentyabr 2013 10:41 (UTC+04:00)
Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, sabah Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Axşam saatlarında cənub küləyi mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin aşxam və gecə saatlarında bəzi dağlıq ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, mülayim qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 28-32, dağlarda gecə 9-14, gündüz 20-24 dərəcə isti olacaq.

AzNews.az