Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib

12 Fevral 2026 17:04 (UTC+04:00)

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcəkdir.

Bu barədə Aznews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.

"Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır", - qeyd olunub.