Masallıda buzlu yolda yük maşını aşıb

12 Fevral 2026 17:53 (UTC+04:00)

Masallıda yük maşını aşıb.

Aznews.az xəbər verir ki, hadisə yeni Ələt–Astara magistralında, Masallı rayonu ərazisində baş verib. Astara gömrüyündən çıxaraq Bakı istiqamətində hərəkətdə olan ağır tonnajlı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb. İlkin məlumata görə, hadisəyə yolun sürüşkən, buzlu olması səbəb olub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.