WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır

12 Fevral 2026 18:32 (UTC+04:00)

WUF13-ün yekunları üzrə mənzil və davamlı şəhər inkişafı məsələlərinə xüsusi diqqət göstərilməsini nəzərdə tutan "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır.

AzNews.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının kommunikasiya üzrə direktoru Katerina Bezqaçina 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək davamlı urbanizasiya üzrə BMT-nin ən böyük qlobal konfransı olan WUF13-ə həsr olunmuş onlayn brifrinqdə bildirib.

AzNews.az