İsmayıllıda zəlzələ olub

12 Fevral 2026 19:03 (UTC+04:00)

İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3, 2 olan zəlzələ yerli vaxtla saat 17:54-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 18 kilometr olub. Yeraltı təkanlar hiss edilməyib.