Ötən il SOCAR neft emalını 7 %-dən çox artırıb

12 Fevral 2026 20:14 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il 6 milyon 225 min 953 ton neft emal edib.

Aznews.az xəbər verir ki, bu barədə SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 416 min 624 ton və ya 7,2 % çoxdur.

Qeyd edək ki, 2024-cü ildə SOCAR 5 milyon 809 min 329 ton neft emal edib.