İran XİN-dən mətbuatda dərc olunan xəbərlərə münasibət

17 Sentyabr 2013 11:09 (UTC+04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm ABŞ və İran prezidentləri arasında məktub mübadiləsi ilə bağlı mətbuatda dərc olunan xəbərlərə münasibət bildirib.

APA-nın İSNA-ya istinadən məlumatına görə, M.Əfxəm deyib ki, son günlər ABŞ və İran prezidentləri arasında məktub mübadiləsi ilə bağlı xəbərlərin şahidi olurlar: "ABŞ prezidenti Barak Obama Həsən Ruhaniyə İran prezidenti seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. O, minnətdarlığını bildirdikdən sonra bir sıra məsələlərlə bağlı öz fikirlərini ifadə edib. Bu cür məktubların mübadiləsi mexanizmi diplomatik kanallar vasitəsilə həyata keçirilməlidir".


AzNews.az