ABŞ Tayvanla yekun ticarət müqaviləsi imzaladı.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bu barədə məlumat yayıb.
Səfir ABŞ Ticarət Nümayəndəsi Ofisinin (USTR) saytında bildirib ki, "Tayvan Ticarət Sazişi ABŞ-ın Tayvana ixracına tarif və qeyri-tarif maneələrini aradan qaldıracaq, amerikalı fermerlər, balıqçılar, işçilər, kiçik müəssisələr və istehsalçılar üçün imkanları genişləndirəcək".
Onun sözlərinə görə, bu razılaşma ölkələr arasında ticarət əlaqələrini gücləndirəcək və təchizat zəncirlərinin, xüsusən də yüksək texnologiyalı sektorlarda dayanıqlığını artıracaq.
Mövsüm,
AzNews.az