Kəlbəcərə 40 santimetrədək qar yağdı - VİDEO

13 Fevral 2026 12:06 (UTC+04:00)

İki gün ərzində Kəlbəcərə yağan qar şəhər ərazisində bəzi yerlərdə 30-40 sm təşkil edib. Hazırda Kəlbəcər rayonu ərazisində yağıntı müşahidə olunmur.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Trend-ə verilən məlumata görə, əsas avtomobil yollarında qar örtüyünün qalınlığı 1-3 sm təşkil edir.

"Cari saata olan məlumata əsasən havanın temperaturu +3°C-dir. Günün ikinci yarısında temperaturun +8°C-dək yüksələcəyi proqnozlaşdırılır".

Yağan qar kəlbəcərli uşaqların ürəyincədir. Onlar qarlı yollarda xizək yarışı keçirir.

Aznews.az