ABŞ administrasiyası İrana mümkün hücum planlarında yeni bir addım atıb.
“New York Times” (NYT) qəzeti bu barədə məlumat yayıb.
Qəzetə danışan dörd hökumət rəsmisi bildirib ki, hazırda Karib dənizində yerləşən "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilərin Yaxın Şərqə göndərilməsi qərarı verilib.
Adları açıqlanmayan rəsmilər təyyarədaşıyan gəminin və onun qrupunun aprelin sonu və ya mayın əvvəlinə qədər öz limanlarına qayıtmayacağını bildiriblər.
Mövsüm,
AzNews.az