Fevralın 13-nə keçən gecə Parisin Luvr muzeyini su basıb.
Aznews.az bu barədə Fransa KİV-ə istinadən xəbər verir.
Luvrun texniki xidməti hadisəni fövqəladə vəziyyət kimi şərh edib. Əsasən 15 və 16-cı əsrə aid sənət əsərlərinin saxlanıldığı zalı su basdığı bildirilir. 707 saylı həmin bölmə “Düşatel” adlanır.
Həmin zaldakı incəsənət əsərlərinə ciddi ziyan dəydiyi bildirilir. Hadisə ilə bağlı ekspert araşdırmasına başlanılıb.
Su sızmasının yuxarı mərtəbələrin birinin su təchizat borularında baş verən nasazlıqdan qaynaqlandığı güman edilir. Hazırda 706 və 708 saylı zalların bağlandığı bildirilir./trend
Aznews.az