Antalya Diplomatiya Forumunda Azərbaycan–Ermənistan sülh prosesinin müzakirəsi mühüm nəticələr doğura bilər.
Aznews.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran aprel ayında keçiriləcək Antalya Diplomatiya Forumunda Azərbaycan və Ermənistan tərəflərinin sülh prosesini müzakirə edə biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, forum çərçivəsində bu istiqamətdə irəliləyişə təkan verəcək görüşlər baş tutarsa, bu, çox mühüm nəticələr doğura bilər.
“Bu çərçivədə Azərbaycan ilə Ermənistan arasında sülhü təmin edəcək saziş istiqamətində aparılan işlərə də toxunulacağı gözlənilir. Bu istiqamətdə xeyli məsafə qət edilib və Prezident Trampın prosesə qoşulması ilə mühüm mərhələyə keçilib.
Həmçinin üçüncü ölkə vətəndaşlarının sərhəddən keçidinə Türkiyədə də icazə verilməsi Türkiyə–Ermənistan yaxınlaşması baxımından ilk addımlardan biri ola bilər. Türkiyə bu prosesi Azərbaycanla birlikdə koordinasiyalı şəkildə davam etdirir.
Antalya Diplomatiya Forumunda bu istiqamətdə irəliləyişə təkan verəcək görüşlərin baş tutacağı təqdirdə bunun çox mühüm nəticələr doğura biləcəyini düşünürəm”, – deyə Burhanəddin Duran qeyd edib.
Dəryanur
Dəryanur Cəfərova
Antalya Diplomatiya Forumu
Azərbaycan
Ermənistan