Abbas Abbasov Heydər Əliyevin “görkəmli silahdaşı” kimi təqdim edildi

17 Sentyabr 2013 12:22 (UTC+04:00)
Dağıstan prezidenti Ramazan Abdulatipovun dəvəti ilə Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının və Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin (AzerRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Dərbəndə səfər edib.

AzNews.az -ın "AzərRos"un rəsmi saytına istinadən verdiyi məlumata görə, o, 15 sentyabrda qeyd olunan xalqların həmrəyliyi bayramında iştirak edib. Bu bayram 1741-ci ildə Nadir şah üzərində qələbənin ildönümü kimi hər il sentyabrın 15-də qeyd olunur.

R.Abdulatipov bayram mərasimində Abbas Abbasovu dərbəndliərə "Heydər Əliyevin görkəmli silahdaşı" kimi təqdim edib.

Elnarə
AzNews.az