Azərbaycan Basketbol Liqasında daha bir oyun baş tutub

14 Fevral 2026 17:47 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib.

Aznews.az xəbər verir ki, "Şəki" evdə "Neftçi" ilə qarşılaşıb.

Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş Bakı klubunun qələbəsi ilə başa çatıb - 93:77.

Turun son matçı Bakı İdman Sarayında NTD və "Sabah" komandaları arasında baş tutacaq. Bu görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107), "Abşeron Lions" "Gəncə"ni (81:71), "Ordu" isə "Quba"nı (98:87) məğlub edib.