Prezident: Azərbaycan Mərkəzi Asiyadakı tərəfdaşlarla Xəzər dənizinin dibi ilə çəkiləcək fiber optik layihəsi üzrə işləyir

14 Fevral 2026 18:23 (UTC+04:00)

Azərbaycan Mərkəzi Asiyadakı tərəfdaşlarla Xəzər dənizinin dibi ilə çəkiləcək fiber optik layihəsi üzrə işləyir.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.

Prezident qeyd edib ki, regional bağlantılar layihələri nəinki dəmiryolları, o cümlədən fiber optik layihələrində özünü göstərir.

"Bu il bununla bağlı işlər aparılacaq. Yeni imkanlara nəzər salırıq. Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra Avropa istiqamətinə gedən dəhlizin də həmçinin böyük potensialı var".

AzNews.az