"Arsenal"dan ilk yarım saatda dörd qol - Rekord

16 Fevral 2026 09:46 (UTC+04:00)

Londonun "Arsenal" komandası İngiltərə Kubokunda ilk 30 dəqiqədə dörd qol vuraraq "Uiqan"ı 4:0 hesabı ilə məğlub edib.

Aznews.az-ın "Opta Sports"a istinadən məlumatına görə, "topçular" 1992/1993 mövsümündən bəri bu yarışda oyunun ilk yarım saatında dörd qol vuran ilk Premyer Liqa komandası olub.

Hazırda "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" londonlulardan 4 xal geridə qalaraq ikincidir.

"Arsenal"ın Premyer Liqada növbəti oyunu səfərdə "Vulverhempton"a qarşı olacaq.