İranda ağır yol-nəqliyyat hadisəsi - FOTO

17 Sentyabr 2013 12:57 (UTC+04:00)
İranda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ərak-Burucerd magistralının 6 kilometrliyində olub.

İranın Qum şəhərindəki müqəddəs yerləri ziyarət etdikdən sonra Abadan şəhərinə doğru hərəkət edən iraqlı zəvvarları daşıyan avtobus idarəetməni itirərək qəzaya uğrayıb.

Nəticədə 15 nəfər hadisə yerindəcə keçinib, 1 nəfər isə Burucerd şəhərinin Şəhid Çəmran xəstəxanasında ölüb.

Daha 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda hadisə nəticəsində ağır yaralanmış bəzi zəvvarlar Şəhid Çəmran xəstəxanasının reanimasiya şöbəsindədir.

AzNews.az