Ağdamda 5-ci yaşayış kompleksi üzrə tikinti işlərinə başlanılıb - FOTO

16 Fevral 2026 11:33 (UTC+04:00)

“Bildiyiniz kimi bir müddət əvvəl Ağdam şəhər 2-ci yaşayış kompleksinə sakinlərimizin qayıdışı təmin edildi. Artıq burada 103 ailə, 403 sakin yaşayır. Ancaq bizim digər yaşayış komplekslərimizdə də işlər davam edir və bu istiqamətdə yeniliklər var. Belə ki, artıq 5-ci yaşayış kompleksi üzrə tikinti işlərinə başlanılıb”.

Bu sözləri açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli deyib.

O, həmçinin inşaat sahəsində aparılan işlərlə bağlı ətraflı məlumat verib:

"Bu kompleks ümumilikdə 12 məhəllədən ibarətdir. Məhəllələr üzrə ümumilikdə 50-ədəd bina layihələndirilib. Bunlardan 40 ədədi yaşayış binası, 10 ədədi isə qeyri-yaşayış binası olaraq nəzərdə tutulub. Mənzillərin ümumi sayı - 1074 ədəd olmaqla, 1,2,3 və 4 otaqlıdır. Həmçinin, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlanılması planlaşdırılır. 3-cü yaşayış kompleksi isə 13 məhəllədən ibarətdir.

Əlavə olaraq bir yeniliyi də diqqətinizə çatdırım ki, Ağdam şəhərində bərpa edilmiş Ağdam Cümə məscidinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdaəetmə Xidməti tərəfindən inşa edilən yardımçı tikililərinin və Ağdam şəhərində çoxfunksiyalı inzibati binanın da tikintisinə yaxın vaxtlarda başlanılacaq".

Aznews.az