İran XİN rəhbəri Cenevrədə MAQATE rəhbəri ilə görüşəcək

16 Fevral 2026 13:01 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi müzakirə üçün MAQATE-nin baş direktoru Rafael Qrossi, eləcə də çərşənbə axşamı ABŞ ilə diplomatik danışıqlardan əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşəcək.

İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə bildirib.

O, X-dəki paylaşımında bildirib ki, "Mən Cenevrədə ədalətli və bərabər razılaşma əldə etmək üçün real ideyalarlayam. Masada olmayan məsələ: təhdidlər qarşısında təslim olmaq".

Mövsüm,

AzNews.az