Rio Karnavalı möhtəşəm açılışla start götürüb - FOTO

16 Fevral 2026 14:02 (UTC+04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Sambadrom stadionunda samba məktəblərinin ənənəvi paradının açılış mərasimi keçirilib və Rio Karnavalı böyük coşğu ilə başlayıb.

Tarixi XVIII əsrə gedib çıxan karnaval çərçivəsində samba məktəbləri rəqs, geyim və musiqi nömrələri ilə yarışırlar.

Rio Karnavalı dünya miqyasında maraq doğurur

Hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə turisti cəlb edən Rio Karnavalı ərəfəsində ənənəvi mərasimlər də icra olunur.

Afro-braziliyalılar ənənəvi buxur yandıraraq festivalın keçirildiyi Sambadromun “enerjisinin təmizləndiyinə” inanırlar.

Mövsüm,

AzNews.az