Terrorçuluq barədə yalan məlumat verməkdə ittiham edilən şəxsə hökm oxunub

16 Fevral 2026 15:39 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitali Zabolotski 6 il müddətə azadlıqdan məhrum edilib.

Aznews.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, Vitali Zabolotski DTX tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.