Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatının favoritlərindən biriyik"

16 Fevral 2026 16:12 (UTC+04:00)

Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının favoritlərindən biridir.

Aznews.az xəbər verir ki, Bunu komandanın baş məşqçisi Sahib Məmmədov deyib.

O, yığmanın qarşıdakı hədəfləri və rəqibləri barədə danışıb:

"Hələ qrupumuz bəlli deyil. Lakin B divizionundakı rəqiblərə baxanda, kağız üzərində biz ən yaxşılardan biriyik. Yarış Gürcüstanda keçiriləcək. Orada İngiltərə və Qazaxıstan kimi komandalar da var. Amma hesab edirəm ki, daha yaxşı hazırlaşıb, A divizionu və çempionluq uğrunda mübarizə aparacağıq. Rəqiblər "dişimizə görə"dir".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında B divizionunda yarışacaq. Turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.