Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 44 min 723,93 ton həcmində neft məhsulları ixrac edib.
Aznews.az xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 32 milyon 207,98 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi ötən il ilə müqayisədə 7,4 %, dəyəri isə 1,7 dəfə çoxdur.
Hesabat ayında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 1,44 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.