Cəlilabadda 52 yaşlı kişi öldürülüb, şübhəli şəxs saxlanılıb

16 Fevral 2026 16:41 (UTC+04:00)

Cəlilabad rayonunda 52 yaşlı kişi öldürülüb, qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı şəxs saxlanılıb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, 52 yaşlı Azər Baxşiyev 24 yaşlı İbrahim Babayev tərəfindən qətlə yetirilib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.