Misli Premyer Liqasının XX turunda "Turan Tovuz" səfərdə "Şamaxı" ilə heç-heçə edib.
Aznews.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyunda qapılara qol vurulmayıb.
Bir oyun az keçirən "Turan Tovuz" 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Şamaxı" 24 xalla səkkizincidir.
Günün ikinci qarşılaşmasında "Sabah" "Qəbələ"nin qonağı olacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0, "Neftçi" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib.