Cəlilabadda 52 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi başlanıb

16 Fevral 2026 18:12 (UTC+04:00)

Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi ilə bağlı cinayət işi başlanıb.

Aznews.az xəbər verir ki, Bu barədə Cəlilabad rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.