Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib, Rauf Məmmədov mübarizəni dayandırıb

16 Fevral 2026 19:05 (UTC+04:00)

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

Aznews.az xəbər verir ki, tay-brek görüşlərində sensasiya qeydə alınıb.

Azərbaycan çempionatının ötən ilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşıb.

Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırıb. Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk edib.

Qadınların yarışında Türkan Məmmədyarova tay-brekdə Nərmin Abdinovadan güclü olub. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Sabah Azərbaycan çempionatında yarımfinal görüşləri başlayacaq.