"Sarı gəlin" Türkiyə səhnəsində anonim təqdim edildi - Video

17 Sentyabr 2013 14:00 (UTC+04:00)
Türkiyənin populyar şoularından olan "O ses Türkiye"nin ötən buraxılışında Azərbaycanın xalq mahnısı "Sarı gəlin" ifa olunub.


Milli.Az bildirir ki, Star TV telekanalındakı şouya qatılmış Rıdvan Çelenk adlı iştirakçı "Sarı gəlin"i ifa edərkən mahnı "Sözü və musiqisi anonim" kimi təqdim olunub.

Cem Adrianı təqlid edən səslə "Sarı gəlin"i oxuyan R.Çelenki münsiflər heyəti bəyənib.

Amma kimsə xatırlatmayıb ki, "Sarı gəlin" heç də "anonim" yox, Azərbaycanın xalq mahnısıdır...



AzNews.az