Azərbaycan Böyük Britaniyadan toyuq ətinin tədarükünü bərpa edib

16 Fevral 2026 19:16 (UTC+04:00)

Ötən il Azərbaycan 43,5 milyon ABŞ dolları dəyərində 26 min 521 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 31 % azdır.

Hesabat dövründə Azərbaycana Ukraynadan 19,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 12 min 38 ton (-27 %), Rusiyadan 10,2 milyon ABŞ dolları dəyərində (-59 %) 6 min 662 ton (-50 %), Gürcüstandan 6,7 milyon ABŞ dolları dəyərində (+57 %) 2 min 783 ton (+29 %), Belarusdan 4,4 milyon ABŞ dolları dəyərində (-41 %) 3 min 891 ton (-26 %), Özbəkistandan 2,3 milyon ABŞ dolları dəyərində (-28 %) 837 ton (-37 %) məhsul gətirilib.

Azərbaycan 8 il 2 ayın tamamında Böyük Britaniyadan (10,6 min ABŞ dolları dəyərində 0,65 ton) tədarükü bərpa edib.