04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlıya göstərilən zəruri tibbi xidmətdən və həkimlərin çoxsaylı səylərindən sonra pasiyent kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, tibb müəssisəsinə şiddətli qanaxma ilə daxil olan azyaşlının üzərində cərrahi əməliyyat icra olunub.
"Əməliyyatdan sonra Reanimasiya şöbəsinə müvafiq medikamentoz müalicə tədbirləri uğurla davam etdirilib", məlumatda qeyd edilib./trend
Aznews.az