Orban Ukraynanı Macarıstandakı seçkilərə müdaxilədə ittiham edib

17 Fevral 2026 11:23 (UTC+04:00)

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı ölkədə keçiriləcək seçkilərə müdaxilə etməkdə ittiham edib.

“Ukraynalılar Macarıstandakı seçki kampaniyasına dərindən cəlb olunublar”, – deyə Orban sosial şəbəkə hesabında yazıb.

Macarıstan liderinin sözlərinə görə, Ukrayna şəxsi maraqları naminə Orbanın siyasi rəqiblərini maliyyələşdirir. O vurğulayıb ki, Macarıstan öz gələcəyini müstəqil şəkildə müəyyən etməlidir.

Mövsüm,

AzNews.az