İran və ABŞ arasında dolayı danışıqların ikinci mərhələsi Cenevrə vaxtı ilə saat 9 radələrində İsveçrədəki Omanın səfirliyində başlayacaq.
İran dövlət televiziyası IRIB bu barədə məlumat yayıb.
IRIB bildirib ki, gündəm yalnız İranın nüvə proqramına və ABŞ sanksiyalarının ləğvinə yönələcək və əlavə edib ki, İran uranın zənginləşdirilməsini qoruyub saxlayacağını vurğulayıb.
Məlumata görə, xarici işlər naziri Abbas Əraqçini siyasi, hüquqi və beynəlxalq məsələlər, iqtisadi diplomatiya üzrə müavinləri, eləcə də Xarici İşlər Nazirliyinin sözçüsü müşayiət edir.
IRIB-in məlumatına görə, danışıqların bu mərhələsində texniki, hüquqi və iqtisadi mütəxəssislər də İran danışıqlar qrupunun tərkibindədir.
Əraqçi Cenevrəyə gəldikdən qısa müddət sonra sosial media mesajında bildirib ki, “təhdidlərə təslim olmaq” gündəmdə “qətiyyən yoxdur” və o, ədalətli və balanslı bir razılaşma üçün “real təşəbbüslərlə” səyahət edib.
IRIB-nin məlumatına görə, o, bazar ertəsi günü Cenevrədə Omanlı həmkarı ilə görüşərək İranın danışıqlar çərçivəsindəki mövqelərini təqdim edib.
Məlumata görə, xarici işlər naziri Cenevrəyə səfəri zamanı tərksilah konfransında iştirak edəcək və çıxış edəcək, eləcə də digər diplomatik görüşlər keçirəcək.
Mövsüm,
AzNews.az